Həmişə ictimai konsertlər, bayramlar, paradlar olanda evdə otururdum, o boyda insan kütləsinin içinə, o boyda haray-həşirə qoşulmaq istəmirdim, qoşulanları da anlamırdım, düzünü desəm, qınayırdım onları, bugün ilk dəfə olaraq bu kütləni nəzərdən keçirmək istədim. 28 Maydaki əhali izdihamına daxil olmağa ürək etməsəm də yolumu birbaş Milli Parka saldım, onsuzda insanlar bayramdan birbaşa evlərinə dönmür, Milli Parka üz tuturdular. Özümü Alisa möcüzələr diyarında hiss edirdim, körpələrin hamısınn əynində güllü donlar, körpələr o yana elə yaşlı xalaların bibilərin də əyni başı al əlvan idi. Bunun səbəbi mənə bugün aydın oldu. Əslində fərqi yoxdur nə bayramıdır: yeni il, novruz, gül bayramı və sairə, və sairə… İlin 365 günü xöşbəxt ola bilməyən insanlar məhz bu günlərdə, ilin ən çoxu 30 gününü əhatə edən günlərdə xöşbəxt olmaya çalışırlar. Çünki insanlar reallaşacaq arzular həsrətindədirlər, insanlar xöşbəxtlik həsrətindədilər, insanlar bayram həsrətindədirlər… onlar həmişə arzuladıqları və əldə edə bilmədikləri həyat həsrətindədirlər. Öz uşağının aylıq əlavə təhsilinə 50 manatı qıymayan valideynlər məhz bu günlərdən 50 60 70 manatları restoranlara, fast-foodlara, əyləncə atraksionlarına, müxtəlif yellənçəklərə xərcləyir, məhz bu günlərdə valideynlər, uşaqlar, cavanlar, qocalar hamı bayram eyforiyasında olur. İnsanların hardan içinə suyun gəldiyi bilinməyən su kranını müşahidə etməsinə baxdım, dəstə-dəstə insan növbə ilə gedir, ona tamaşa edir, onunla şəkil çəkdirirdilər, insanlar möcüzə həsrətindədirlər, ildə 1 dəfə bayramda olsa da qoy o olsun, insanlar ümid həsrətindədirlər, o reallaşmasa da olar, təki o olsun, insanlar həmişə nəyinsə yaxşı bir şeyin həsrətindədirlər, fərqi yoxdur o yaxşı şey harda peyda olacaq, evlərində, qonşularında yaxud da ki Milli Parkda, insanlar əsas nəyin həsrətində olduqlarını bilmədən bütün bunların həstərində olaraq 365 günlərin 30-unu hər il beləcə keçirəcəklər…
Anlamazdıq…
İnsan bir xöşbəxtliyi qazananda sevinir bir də onu itirəndə, çox qəribədir lakin bu doğrudan da belədir. Həmişə hər şeyi gözümüzdə ideallaşdırırıq, bizə həmişə elə gəlir ki bizim hiss etdiklərimizi heç kim anlamır, biz hamıdan daha üstünük, hamıdan daha yaxşı duyuruq nəyisə, hamıdan daha yaxşı qavrayırıq, hamıdan daha çox, daha yaxşı, daha özəl sevirik, biz nədəsə həmişə hamıdan dah fərqli, daha özəlik.
Bizə həmişə elə gəlir ki, biz başqalarından fərqliyik, bizə həmişə elə gəlir ki, biz özümüzü qurban verməyə hazırıq, bizə həmişə elə gəlir ki, biz heç vaxt dəyişməyəcəyik. Amma bu sadəcə bizə belə gəlir… bizə həmişə elə gəlir ki, biz kimisə seviriksə, onun uğrunda bizim üçün dəyərli olanları qurban veririksə o zaman o insanın daha heç bir problemi, dərdi səri qalmayacaq, anlamırıq ki, bizim onlardan ötrü vaz keçdiklərimizi onlar anlaya dəyərləndirə bilərlər, lakin bu onları heç vaxt xöşbəxt etməyəcək. Bizim itirdiyimiz alternativ dəyərlər (opportuny cost) heç vaxt onları xöşbəxt etməyəcək. Çünki biz öz itirdiyimiz minimumu o insanın gözündə böyüdüb eyni şeyi ondan da tələb edirik, tələb edirik ki, o da vaz keçsin, buraxsın, itirsin, bizim kimi olsun. Amma düşünmürük ki, bizim kimi olmaq onu xöşbəxt edəcəkmi? Günəbaxan hər dəfə gün çıxanda günəşə tərəf üzünü çevirir, biz isə sarmaşıq kimi onun boynuna dolanıb özümüzə sarı çeviririk, istəyirik ki, həmişə bizə baxsın, amma bu belə deyil, biz onu nəfəssiz havasız qoyuruq.Biz kimisə nəfəsdən məhrum edib yaşa deyirik, yaşa! Amma anlamırıq ki, o insan nəfəssiz yaşaya bilməyəcək, biz bir gün onu da alternativ dəyər kimi ixtisara salsaq da o artıq yaşaya bilməyəcək, bizə görə qurban verdiklərinə görə o insan heç bir zaman xöşbəxt olmayacaq, heç bir zaman tam olmayacaq. Nə qədər bu bizə acı versə də bu reallıqdır, bizsə bunu anlamırıq, çünki anlasaq bunun həll yolunu görəcəyik o asan həll yolunu, hansını ki biz həmişə görməzdən gəlmişik: əgər biz həmin insanla qurban vermədən yaşaya bilmiriksə, o zaman biz həyatımızın ən böyük qurbanını verməliyik ki, o insan yaşasın: biz ondan vaz keçməliyik, o daim öz günəşinə baxmalıdır, biz sevdiklərimizin “sarmaşıqlarına” çevrilməməliyik, onların ən dəlisov arzularının belə qarşısında sədd, baryer olmamalıyıq. Əgər bunu vaxtında duyub anlaya bilmiriksə, əslində gözümüzdə böyütdüyümüz, onun anlamadığını sandığımız o “ilahi-bütləşmiş” sevgimizin arxasındakı məncilliyi görmürüksə o zaman sarmaşıq olacağıq, həmişə dəyişmədən, daim saran, dolanan, nəfəssiz buraxan sarmaşıq olacağıq, məncillik dolu, ikrah dolu zəhərli sarmaşıq olacağıq. Sevdiklərimizi xöşbəxt edə bilmiriksə vaxtında boğmadan, zəhərləmədən buraxmağı bacarmalıyıq. Amma bunu anladığımız an hiss etdiyimiz duyğu hamımızda dəhşət doğuracaq, bu duyğuya hərəmiz filmlərdəki kimi bir sitat gətirəcəyik, qəlbimizdən gələn bir sitat, sonu qoyan, sonsuzluğun nöqtəsini gətirən bir sitat…
“səni sənə yetən dərəcədə, sonsuz dərəcədə sevmədiyimi anladığım andan etibarən özümə sonsuz nifrət etməyə başladım…”
ISET… u will stay in my heart forever…
I have never loved economy, I have never planned to study economy, to be an economist etc… I have never wanted to enter at the department where I’m studying now, sometimes when I looked at the mirror I couldn’t understand what I was doing. Under all the pressure that was on me I had to enter the university where I am studying now, then I just got used to studying there, loved students, loved some teacher, loved university, but again no love to economy… When I was accepted to ISET 101 economic course, Continue reading
Parents say NO!
Just once try…
Just once try
Try to not to look at my eyes but also see
If you are surprised
Just try to keep calm and you could foreseen
Mom I am alive…
I just survived from all what I have done
I am not too little
not to understand Continue reading
Читайте книги, чтобы догнать Китай
Link
Читайте книги, чтобы догнать Китай
Еще недавно мы считали себя самой читающей нацией в мире. И куда, спрашивается, все это делось? Данные последних социологических изысканий на сей счет повергают если не в шок, то в уныние.
Оказывается, порядка 35 процентов россиян (то есть более трети населения страны!) книг не читают вовсе. Никогда, ни при каких обстоятельствах! И даже не стесняются заявлять об этом.
Больше половины россиян честно признаются, что никогда не покупают новых книг, а старых в доме не держат. И только меньше четверти населения нашей повсеместно охваченной средним образованием страны подтверждают, что по-прежнему дружат с книгой. Но и здесь есть нюанс: читают в основном женщины среднего возраста и в основном развлекательное чтиво — детективы Донцовой, Марининой, Устиновой, Акунина.
Страна, давшая миру Пушкина и Лермонтова, оказалась нынче почти поголовно не читающей. К сожалению, утрата интереса к чтению серьезной, в том числе и специальной, научной, литературы — это не только наша беда. Невероятно, но факт: 40% сородичей Шекспира не прочитали за всю свою жизнь ни одной книги. Немногим лучше обстоят дела на родине Данте и Петрарки. А среднестатистический молодой американец тратит на чтение
7 минут в день — в десятки раз меньше, чем на рутинную болтовню по телефону. Между тем в лидерах чтения в последние годы уже привычно ходят Индия и Китай. И в этих же странах буквально на наших глазах происходит мощный экономический взлет. Не кажется ли вам, что это не простое, а знаковое совпадение? Так что все наши планы о модернизационном рывке так и останутся планами ровно до тех пор, пока молодой россиянин не возьмет в руки главный инновационный инструмент — умную книгу.
Источник: BookMix.ru
Goodwill
Goodwill - ingiliscədən hərfi olaraq xoş məram, yaxşı istək arzu kimi tərcümə oluna bilər. Müəssisənin, eləcə də onun biznesinin reputasiyası, etibarı, şöhrəti ilə səciyyələnir. Qudvil dedikdə müəssisənin maddi Continue reading
20 yanvar mənə bunu öyrətdi…
Hər birimizin həyatında bir amal olur ki, onun uğrunda yaşayaq, o amalı itirdikdən sonra biz yaşamağa davam edirik, amma bu yalnız məqsədsiz var olmadan başqa bir şey olmur…
Bugün bir şeyi düşündüm, gecə saat 00:08-dir, tarix 21 yanvar … Adətən keçən günlərimi monoton adlandırırıram, dərs, hazırlıq , yuxu, yenə dərs, eyni məkanlar, eyni tip asudə vaxtlarçün əyləncələr və sairə, amma birdən düşündüm ki, dostlarım, ailəm bir yana qalsın, ətrafımda gündəlik geniş münasibətə malik olmasam da salamlaşdığım, yaxud salamlaşmasamda statusunu oxuyub fikirlərinə dəyər verdiyim nə qədər insan var, və düşünəndə ki, 20 yanvar hadisələri təkrarlansaydı Continue reading
Mc Donalds-ın kitab yeniliyi
Həmişə düşünmüşəm ki, görəsən bizim gənclər arasında kitab oxuyanların sayı niyə bu qədər azdır. Bu mövzunu araşdırmaq üçün ilk öncə kitab satıcılarına üz tutdum. Satıcıların cavabları müxtəlif sözlərdən ibarət olsa da iki məsələ haqqında idi:
1. Kitabların qiyməti çox bahadır və əsas tələb olunan kitablar bizdə çap olunmur. Lazımlı kitabları gətirən zaman isə, üzərinə qoyulan ƏDV vergisinə görə qiymətləri daha da bahalaşır.
2. Kitab oxuma həvəsi insanlarda uşaqlıqdan valideynlər tərəfindən yaranmalıdır ki, təəssüflər hazırda bu problem əksər valideynləri narahat etmir. Continue reading
I everytime try to understand people who say no to their children without any trying to understand them just “NO!” why No? why? because I said no. Failure… 
